"Neftçi” onunla vidalaşdı
15.02.2023 - 17:17
"Neftçi” onunla vidalaşdı

“Neftçi” daha bir futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.

“Ağ-qaralar” braziliyalı yarımmüdafiəçi Gilyerme Pato ilə yollarını ayırıb. Cənubi amerikalı ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. 

Qeyd edək ki, 2022-ci ilin yanvarında “Neftçi”yə transfer olunan Pato 32 oyunda 2 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0