“Neftçi” – “Qarabağ”: Kim şanslıdır?
02.12.2022 - 10:55
“Neftçi” – “Qarabağ”: Kim şanslıdır?

Misli Premyer Liqasının XVI turunun “Neftçi” – “Qarabağ” görüşünün əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları səfərdə mübarizə aparacaq Qurban Qurbanovun yetirmələrini matçın favoriti sayırlar.

Bu gün “Bakcell Arena”da baş tutacaq oyunda “Neftçi”nin qələbəsi 4,30, “Qarabağ”ın uğuru 1,74 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,60 əmsal verilib.
 
Qeyd edək ki, qarşılaşma saat 21:00-da başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0