"Neftçi" Türkiyə klubu ilə qarşılaşacaq
06.01.2024 - 12:29
"Neftçi" Türkiyə klubu ilə qarşılaşacaq

Təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirən "Neftçi" bu gün ilk yoxlama oyununa çıxacaq. 

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, "ağ-qaralar" “Erzurumspor” ilə qarşılaşacaq.

Türkiyə təmsilçisi ilə görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Miodraq Bojoviçin komandası yanvarın 14-dək davam edəcək toplanış çərçivəsində daha bir oyun keçirəcək.

Qeyd edək ki, yanvarın 13-nə nəzərdə tutulan sınaq matçındakı rəqib hələ müəyyənləşməyib.

writer photo
Əlirza Əlirzalı
0