"Neftçi"də Emin Əfəndi dövrü bitdi - Rüstəm Əfsərli qayıdır
09.07.2024 - 11:02
"Neftçi"də Emin Əfəndi dövrü bitdi - Rüstəm Əfsərli qayıdır

“Neftçi”nin mətbuat xidmətinin rəhbəri Emin Əfəndi klubdakı vəzifəsindən ayrılıb.

Apasport.az xəbər verir ki, artıq Emin Əfəndinin yerinə gələcək ad da bəllidir.

Onu bu postda “CBC Sport” kanalının şərhçisi Rüstəm Əfsərli əvəz edəcək.

Əfsərli 2015-2017-ci illərdə də “Neftçi”nin Media və Marketinq Departamentinin rəisi vəzifəsində çalışıb. 

Rüstəmin "ağ-qaralar"da budəfəki vəzifəsi isə klubun media koordinatorluğu olacaq. 

Qeyd edək ki, Emin Əfəndi 2023-cü ilin yayında “Neftçi”də mətbuat xidmətinin rəhbəri postuna gətirilmişdi.

writer photo
Əlirza Əlirzalı
0