“Neftçi”dən Brkiçə MÜQAVİLƏ TƏKLİFİ
14.02.2023 - 17:40
“Neftçi”dən Brkiçə MÜQAVİLƏ TƏKLİFİ

“Neftçi” qapıçısı İvan Brkiçlə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Apasport.az saytı xəbər verir ki, paytaxt təmsilçisi xorvatiyalı qolkiperə 2025-ci ilin yayına qədər müqavilə təklif edib. 

O bu təklifi qəbul etsə, ilinə 150 min dollar alacaq.

Hazırda Brkiç ilinə 100 min dollar qazanır.

Qapıçı özü də “Neftçi”də qalmaq istəyir və yaxın 1-2 həftə ərzində yeni müqaviləyə qol çəkəcək (sportlife.az).

writer photo
Əlirza Əlirzalı
0