“Neftçi”dən mövsümdə ilk xal - YENİLƏNİB
14.08.2023 - 21:55
“Neftçi”dən mövsümdə ilk xal - YENİLƏNİB

Bu gün Misli Premyer Liqasında II tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun son matçı Bakıda baş tutub.

Paytaxt derbisində “Neftçi” “Səbail”i qəbul edib. Çempionata məğlubiyyətlə başlayan komandalar növbəti dəfə qələbə qazana bilməyiblər. Oyun 1:1 hesabı ilə başa çatıb. Hesabı qonaqlar açsalar da, "Neftçi" sona yaxın məğlubiyyətdən qaça bilib. Kenni Sayef penaltini dəqiq yerinə yetirib.

Qeyd edək ki, növbəti turun matçları avqustun 18-20-də keçiriləcək.

Misli Premyer Liqası
II tur
14 avqust (bazar ertəsi)
20:00. “Neftçi” – “Səbail" - 1:1
Qollar:
Kenni Sayef, 82 (pen.) - Pedro Nino, 34.
Baş hakim: Rauf Cabarov
"Neftçi": 1. İvan Brkiç, 10. Filip Ozobiç, 8. Emin Mahmudov (k), 2. Qara Qarayev, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 44. Yuri Matias, 9. Andre Şinyaşiki
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 27. Fərid Yusifli, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 82. Rüfət Abbasov, 99. Ervin Koffi, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski
Baş məşqçi: Adrian Mutu
"Səbail": 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 4. Adi Mehremiç, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 9. Amil Yunanov, 5. Adil Nağıyev, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 21. Anas Najah
Baş məşqçi: Şahin Diniyev
“Neftçi Arena”

writer photo
Əlirza Əlirzalı
0