“Neftçi”dən Stankoviç qərarı
23.05.2023 - 14:04
“Neftçi”dən Stankoviç qərarı

Yay fasiləsində heyətini gücləndirməyə qərar verən “Neftçi” heyətindəki legionerlərin bəzilərini saxlamaq niyyətindədir.

Apasport.az saytının məlumatına görə, Bakı klubu bir neçə əcnəbinin müqaviləsini uzatmağı planlaşdırır.

“Ağ-qaralar”ın yeni anlaşma imzalamaq istədiyi futbolçulardan biri Voyislav Stankoviçdir. Paytaxt təmsilçisi 36 yaşlı müdafiəçini saxlamaq fikrindədir. 

Serbiyalı legionerlə danışıqlara start verilib. Onun daha bir il “Neftçi”də qalacağı gözlənilir. 

Qeyd edək ki, Stankoviç Premyer Liqada ümumilikdə 200 oyun keçirib. Müdafiəçinin hesabında 9 qol var.

writer photo
Əlirza Əlirzalı
0