“Neftçi” yeni tender elan edib.
Apasport.az saytının məlumatına görə, bu addım Bakı klubunun Bakıxanov qəsəbəsindəki “Türk Hava Yolları Futbol Mərkəzi”ndə aparılacaq tikinti işləri ilə bağlı atılıb.
Elan olunan bu tender “Neftçi Futbol Akademiyası”nın inzibati binasının ümumi tikinti işləri ilə əlaqədar satınalmaları əhatə edir. 2 mərtəbə və 1 zirzəmidən ibarət, ümumi sahəsi 1637.4 kv.m. olan layihədə tikinti işlərinin tamamlanması, fasad işləri, daxil bəzək işləri, havalandırma və isitmə-soyutma sistemi, qazanxana və istilik şəbəkəsi, kommunikasiya sistemi (su, qaz, elektrik və s.), təhlükəsizlik sistemi (yanğın, müşahidə və s.), elektrik avadanlığı və texnikası, həmçinin mebelləşdirmə kimi işlər nəzərdə tutulub.
Qeyd edək ki, açıq tender ilə əlaqədar ətraflı məlumat və müraciət forması Bakı klubunun rəsmi saytında yer alıb.