"Neftçi"nin futbolçusu milliyə çağırılıb
11.03.2024 - 14:13
Yarımmüdafiəçimiz Alfa Konte Syerra Leone milli komandasına dəvət olunub.
Bu barədə apasport.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
23 yaşlı futbolçu martın 22-də Sudan, 25-də isə Botsvana yığması ilə yoldaşlıq görüşünə çağırılıb.
Qeyd edək ki, sol cinah müdafiəçisi bu səbəblə martın 23-də Bakıda "Spartak"a qarşı keçiriləcək yoldaşlıq matçını buraxacaq.
0
0