“Neftçi”yə Olanarenin yerinə alternativ hücumçu
12.12.2023 - 14:01
“Neftçi”yə Olanarenin yerinə alternativ hücumçu

“Neftçi” hücumçu axtarışına start verib.

Apasport.az saytına verilən məlumata görə, Adrian Mutu komandanın hücumçularından narazıdır.

Yayda heyətə cəlb edilmiş Aaron Olanare isə gözləntiləri heç cür qarşılaya bilmir. Adıçəkilən forvardın qışda göndərilməsi də gündəmdədir. “Neftçi” qışda istədiyi hücumçunu tapa bilsə, Olanare ilə yollarını ayıracaq. Yox, “ağ-qaralar” istənilən hücumçunu gətirə bilməsə, Aaron ən azından yaya kimi komandada qalacaq və yola onunla davam ediləcək.

Qeyd edək ki, klub hazırda həm hücumçu, həm də sağ cinah yarımmüdafiəçisi axtarışındadır.

writer photo
Əlirza Əlirzalı
0