"Neftçi"yə uzatma dəqiqələrində şok- YENİLƏNİB
26.11.2023 - 17:34
"Neftçi"yə uzatma dəqiqələrində şok- YENİLƏNİB

Bu gün Misli Premyer Liqasının XIV turu çərçivəsində daha 2 görüş baş tutacaq. 

Apasport.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" və "Araz-Naxçıvan" üz-üzə gəlib. 

Adrian Mutunun yetirmələri doğma meydanda son 2 turu xalsız başa vuran "Araz"ı məğlub edərək azarkeşlərlə barışmaq niyyətində idi. "Neftçi" 90 dəqiqə boyunca hesabda öndə olmasına baxmayaraq, uzatma dəqiqələrində buraxdığı qolla meydandan 1 xalla ayrılmağa məcbur olub. 

Azər Bağırovun komandası isə ardıcıl 2  oyunda da məğlub olduqdan sonra çətin səfərdə 1 xal qazanmağı bacarıb. 

26 Noyabr (bazar) 
Misli Premyer Liqası
XIV tur
15:30. "Neftçi" - "Araz-Naxçıvan" 1-1 

Qol: Y. Matias, 41, O. Əliyev, 90+3
Hakimlər
: Fərid Hacıyev, Vüsal Məmmədov, Cəmil Quliyev, Tural Qurbanov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Neftçi Arena”

"Neftçi”: 93. Rza Cəfərov, 8. Emin Mahmudov (k), 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 7. Azər Əliyev, 16. Lukas Melano, 22. Reziuan Mirzov , 6. Dieqo Valdez, 99. Ervin Koffi, 44. Yuri Matias, 9. Andre Şinyaşiki

Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 94. Eldar Babayev, 14. Eddi İsrafilov, 2. Qara Qarayev, 3. Höccət Haqverdi, 21. İsmayıl Zülfüqarlı, 4. Mark Tamaş, 5. Kenni Sayef, 25. Aaron Olanare, 23. Ataa Caber, 11. Kilan Lebon, 77. Yeqor Boqomolski

Baş məşqçi: Adrian Mutu

 

Araz-Naxçıvan”: 12. Kristian Avram, 6. Vadim Abdullayev, 3. Turan Manafov, 7. Nicat Süleymanov, 2. Abdulla Rzayev, 19. Aksel Nqando, 9. Elvis Maşike, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 27. Numan Kurdiç (k)

Ehtiyat oyunçular: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 39. Tural Bayramlı, 22. Elçin Mustafayev, 5. Nihad Qurbanlı, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 13. Mirəli Əhmədov, 42. Kadiri Mohammed, 14. Miço Kuzmanoviç, 8. İsmail Azzaui

Baş məşqçi: Azər Bağırov

writer photo
Əlirza Əlirzalı
0