Nermin Başiç: “Neftçi”cütün favoritidir”
02.08.2023 - 20:21
Nermin Başiç: “Neftçi”cütün favoritidir”

“İlk matç bizim üçün yaxşı oldu. Bəzi şeyləri təhlil etdik. "Neftçi"nin günü-gündən gücləndiyini bilirik”. 

Apasport.az-ın məlumatına görə, bunu “Neftçi”nin qonağı olacaq “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç deyib.

Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçından əvvəl keçirilən mətbuat konfransında Başiç “Neftçi”nin favorit olduğunu bildirib. Buna baxmayaraq, o, mübarizəyə tam hazır olduqlarını qeyd edib: “Bizi öz futbol mərkəzində qonaq etdiyi üçün "Neftçi"yə təşəkkür edirəm. Bəzi problemlərimiz var. 6-7 oyunçumuz zədəlidir. Bir neçə gün ərzində bu problemləri aradan qaldırmağa çalışdıq. "Neftçi" böyük komandadır. Onlar cütün favoritidir. Matç üçün bütün biletlər satıldığından məlumatlıyıq. Bütün Bosniya və Herseqovina bizə dəstəkdir. Çalışacağıq ki, növbəti mərhələyə vəsiqə qazanaq. Rəqibə qarşı hazırlıqlı olacağıq. "Neftçi" büdcə olaraq bizdən qat-qat üstündür. Amma oyunçularıma inanıram. Onları növbəti matçlar üçün kökləyirəm”.

Nermin Başiç Bakıdakı isti havanın oyuna təsir etməyəcəyini deyib. O, uzaq məsafələrin yorucu olduğunu etiraf edib: “Qlobal istiləşmə hər yerdə var. Bakıda da, Sarayevoda da temperatur eynidir. Bunun oyuna təsir edəcəyini düşünmürəm. Bosniya və Herseqovina çempionatında dinamika Avropadan daha yüksəkdir. Biz sadəcə üç yoldaşlıq oyunu keçirə bilmişdik. Uzun məsafələr də bizi yorurdu. Sabah daha dinamik "Jelezniçar" görəcəksiz. Bəzi itkilərimiz var idi. Buna görə də ilk qarşılaşmanın son 20 dəqiqəsində aşağı tempdə oynadıq.

Qeyd edək ki, “Neftçi” – “Jelezniçar” oyunu sabah saat 21:00-da start götürəcək.
 

writer photo
Əlirza Əlirzalı
0