Novak Cokoviç ən çox “Böyük Dəbilqə” qazanan tennisçi ünvanına sahib çıxıb.
Apasport.az saytı xəbər verir ki, serbiyalı tennisçi Rollan Qarrosda 23-cü titulu qazanıb.
Cokoviç Parisdə həlledici matçda Kasper Ruuda qalib gəlib. Serbiyalı tennisçi hər üç setdə həmkarından üstün olub. O, bu qələbə sayəsində hesabında “Böyük Dəbilqə” yarışlarında 22 titul olan Rafael Nadalı geridə qoyub.
Novak 10 dəfə “Australian Open”də, 7 dəfə “Uimbildon Open”də, hərəsi üç dəfə olmaqla “Rollan Qarros” və US Opendə bütün rəqiblərindən üstün olub.
Qeyd edək ki, Cokoviç karyerasında 94-cü titulunu qazanıb. O, bi göstəricidə Roje Federer (103) və Cimmi Konnorsdan (109) geri qalır.
Rollan Qarros
Final, kişilər
Novak Cokoviç (Serbiya) – Kasper Ruud (Norveç) – 3:0 (7:6, 6:3, 7:5)