Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”
21.11.2022 - 11:54
Nuno Qomeş “Qarabağ”dan danışdı: “Gec-tez çoxlu mükafatlar alacaqlar”

“Qarabağ” çox yaxşı çıxış edir, ölkə çempionatının turnir cədvəlində birincidir və Avropa Liqasında “Gent”lə qarşılaşacaq”.

Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya yığmasının sabiq futbolçusu Nuno Qomeş Türkiyə mətbuatına müsahibəsi zamanı deyib.

46 yaşlı keçmiş hücumçu “Qarabağ”da bir neçə həmyerlisinin oynadığını da vurğulayıb: “Qarabağ”ın prezidenti çox sərmayə qoyur və gec-tez çoxlu mükafatlar alacaqlar. Bu komandaya bir neçə portuqaliyalı, eləcə də braziliyalı və qanalılar qoşulub. Onlar yaxşı işləyirlər və əminəm ki, razı qalacaqlar”.

Qeyd edək ki, Nuno Qomeş karyerası ərzində “Boavişta”, “Benfika”, “Fiorentina”, “Braqa” və “Blekbörn”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0