“Azərbaycana qayıtmağı mən də istəyirdim. Amma böyük ehtimalla qışda bu baş verməyəcək”.
Bunu apasport.az saytına “Qarabağ” və “Neftçi”nin sabiq futbolçusu Donald Gerye deyib.
Haitili müdafiəçi bildirib ki, xidmətində bir neçə klubumuz maraqlı olsa da, bu, son anda alınmayıb. Müqavilə ilə “Olimpiakos”a (Nikosiya) məxsus olan Gerye ən yaxşı halda yayda Azərbaycana qayıda bilər.
Geryenin sözlərinə görə, onun qış fasiləsində ölkəmizə dönməsinə Kipr klubun istədiyi məbləğ mane olub: “Azərbaycana qayıtmağım üçün iki klubdan birinə keçmək variantım var idi. Amma “Olimpiakos” keçidim üçün müəyyən məbləğ istədi. Həmin klublar isə müqaviləmi götürmək üçün bu məbləği ödəyə bilmədilər. 2023-cü il mayın 10-na qədər “Olimpiakos”a məxsusam. Müqaviləm bitdikdən sonra ümid edirəm ki, yayda Azərbaycan çempionatına dönüşüm baş tutacaq. Həmin vaxt azarkeşlər hansı komandaya keçəcəyimi görəcəklər”.