Avropa Liqasının qrup mərhələsinin III turunun “Olimpiakos” – “Qarabağ” matçına proqnoz açıqlanıb.
Apasport.az saytının məlumatına görə, futbol eksperti Artur Miftahov sabahkı qarşılaşma üçün ən yaxşı mərc variantını müəyyənləşdirib.
Mütəxəssis görüşdə favoritin kimliyinə də aydınlıq gətirib:
“Olimpiakos”un heyətinə diqqətlə baxsaq, komandanın Avropa Liqasındakı zəif çıxışının səbəbi bəlli olar. Bəzi oyunçular Avropa Liqasında oynaya bilmirsə, bəziləri də zədədən əziyyət çəkir.
Müdafiə xəttinin böyük hissəsi zədəlilər sırasındadır. Onlara qapıçı Tomaş Vatslik da qoşulub.
Bu da belə düşünməyə əsas verir ki, “Qarabağ” qol vuracaq. Azərbaycan komandasının fərqlənmək əmsalı 1,45-ə bərabərdir. Qurban Qurbanovunun yetirmələrinin təkcə qolu deyil, qələbə şansı da yetərincə inandırıcı hesab olunur. Bu üzdən 2,90 əmsalla dəyərləndirilən Fora2 (0) variantına üstünlük verirəm.
Proqnozum: Fora2 (0)