Ovusu gələn həftə “Qarabağ”dan ayrılacaq – müqaviləyə gedir
27.01.2023 - 14:23
Ovusu gələn həftə “Qarabağ”dan ayrılacaq – müqaviləyə gedir

Kvabena Ovusu "Qarabağ"dan ayrılır.

Apasport.az saytının məlumatına görə, qanalı hücumçu karyerasını "Ferentsvaroş"da davam etdirəcək. 

25 yaşlı hücumçu artıq növbəti həftə Macarıstana gedərək yeni klubu ilə müqavilə imzalayacaq.

"Qarabağ" Ovusunun transferindən gəlir əldə edəcək. "Ferentsvaroş" afrikalı üçün Ağdam təmsilçisinə müəyyən məbləğdə təzminat ödəyəcək (sportal.az).

Qeyd edək ki, Kvabena Ovusu "Qarabağ"a 2023-cü ilin yanvar ayında "Leqanes"dən transfer olunub. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 34 matçda 10 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0