Paris-2024: Azərbaycan ilk lisenziyanı qazandı - FOTO
10.03.2023 - 22:52
Paris-2024: Azərbaycan ilk lisenziyanı qazandı - FOTO

Güllə atıcımız Ruslan Lunyov 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına Azərbaycandan ilk lisenziya qazanan idmançı olub.

Apasport.az-ın xəbərinə görə, Ruslan Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında 10 m pnevmatik tapança növündə gümüş medal qazanıb.

Bununla da Olimpiya mükafatçısı olan İradə Aşumovanın oğlu olan Ruslan Lunyov Paris 2024 Olimpiya  Oyunlarına lisenziya qazanıb.

writer photo
Əlirza Əlirzalı
0