Paris-2024: Günün proqramı
10.08.2024 - 09:03
Paris-2024: Günün proqramı

Bu gün iki sərbəst güləşçimiz - Hacı Əliyevlə Maqomedxan Maqomedov Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Apasport.az xəbər verir ki, hər iki təmilçimiz mübarizəyə 1/8 finaldan start verəcək.

97 kq çəki dərəcəsində mübarizə aparan Maqomedov Dominikan Respublikasından olan Luis Migel Peresin müqavimətini qırmağa çalışacaq. 65 kq çəki dərəcəsində yarışan, üçqat dünya və dördqat Avropa çempionu olan Əliyev isə meksikalı Ostin Qomeslə üz-üzə gələcək.

Bu çəkilərdəki qarşılaşmalar Bakı vaxtı ilə saat 13:30-da start götürəcək.

Digər sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) isə bürünc medal uğrunda yarışacaq. Bu çəki dərəcəsindəki yarışlar Bakı vaxtı ilə 20:15-də başlayacaq.

Bu gün həmçinin Zeynəb Hümmətova, Darya Sorokina, Ləman Əlimuradova, Güllü Ağalarzadə və Yelizaveta Luzandan ibarət Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində bacarığını göstərəcək. Yarış 16:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0