Parisdə idmançılarımızla görüş keçirilib
31.07.2024 - 11:57
Parisdə idmançılarımızla görüş keçirilib

Parisdəki "Azərbaycan Olimpiya Evi"ndə idmançılarımızla görüş keçirilib.

Apasport.az xəbər verir ki, Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Cüdo Federasiyasının Prezidenti, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya və dünya çempionları, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri tədbirdə iştirak ediblər.

Qonaqlar Azərbaycan Olimpiya evində quraşdırılmış monitorda Olimpiadanın 3x3 basketbol yarışlarında Azərbaycan-İspaniya oyununu birlikdə seyr ediblər.

Ölkəmiz Yay Olimpiya Oyunlarında 15 idman növündə 48 idmançı ilətəmsil olunur.

writer photo
Əlirza Əlirzalı
0