Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və texniki-idman direktoru Elgiz Abbasov Çexiyaya səfər ediblər.
PFL-dən apasport.az saytına verilən məlumata görə, səfərdə məqsəd Praqada keçiriləcək Avropa Peşəkar Futbol Liqaları (APFL) təşkilatının 46-cı baş assambleyasında iştirakdır.
Mötəbər tədbirə APFL tərəfindən dəvət olunan Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndələri burada bir sıra görüşlər də keçirəcək.
Qeyd edək ki, 1997-ci ildə yaradılmış Avropa Peşəkar Futbol Liqaları təşkilatı hazırda 34 ölkədən 40 liqanı və 1000-dən çox klubu özündə birləşdirir. Azərbaycan Peşəkar Futbol Liqası 2013-cü ildən bu qurumun tamhüquqlu üzvüdür.