Premyer Liqada legioner limiti ilə bağlı vacib qərar verildi
13.05.2024 - 19:55
Premyer Liqada legioner limiti ilə bağlı vacib qərar verildi

Azərbaycan Premyer Liqasında legioner limiti ilə bağlı qərar verilib.

Apasport.az xəbər verir ki, Premyer Liqada limit dəyişməyəcək. Bu barədə AFFA İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov məlumat verib.

2024/2025 mövsümündə Premyer Liqada legioner limiti əvvəl olduğu kimi 7+4 olacaq. Komandalar meydanda 7 əcnəbi futbolçunun xidmətindən yararlana biləcək.

2025/2026 mövsümündən etibarən isə 8+3 limiti tətbiq olunacaq.

writer photo
Əlirza Əlirzalı
0