Premyer Liqada son 7 mövsümün antirekordu
02.09.2022 - 10:55
Premyer Liqada son 7 mövsümün antirekordu

Misli Premyer Liqasının V turunda “Qarabağ”ı qəbul edən “Kəpəz” 0:1 hesabı ilə uduzub. 

Apasport.az saytının məlumatına görə, bu, Gəncə təmsilçisinin mövsümdə 5-ci məğlubiyyəti olub.

Qərblilər son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə “Kəpəz”dən başqa heç bir komanda ilk beş turu xalsız başa vurmayıb.

Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/16 mövsümünün əvvəlində beş yenilgini sıralayıb.
“Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/13 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər beşinci görüşdə qələbə qazanmışdı.
 

writer photo
Əlirza Əlirzalı
0