Premyer Liqanın ƏVƏZOLUNMAZLARI
01.01.2023 - 15:37
Premyer Liqanın ƏVƏZOLUNMAZLARI

Misli Premyer Liqasında 2022/23 mövsümü yarılanıb.

Apasport.az saytının məlumatına görə, arxada qalan 18 turda yalnız iki futbolçu əvəz olunmadan iştirak edib.

Onların ikisi də qapıçıdır. “Sabah”ın gənc qolkiperi Yusif İmanov və “Sumqayıt”ın əlcək sahibi Aydın Bayramov 18 tur əvəzolunmaz statusu daşıyıb.

Bu qapıçılar mövsümün ilk yarısında 1620 dəqiqə meydanda olub. Maraqlıdır ki, onlar 2023-cü ilin son turunda üz-üzə gələn komandaların heyətində yer alıb.

Qeyd edək ki, mövsümün ikinci yarısı yanvarın 24-də başlayacaq.
 

writer photo
Əlirza Əlirzalı
0