Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün mükafatlandırma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, mövsümün ən yaxşılarını AFFA-nın prezidenti Rövnəq Abdullayev, baş katibi Sərxan Hacıyev və PFL-in prezidenti Elxan Səmədov mükafatlandırıb.
Öncə “Neftçi”nin üzvləri bürünc medallarla təltif edilib. Ardınca fəxri kürsüyə çempionatın gümüş mükafatçısı “Sabah”ın heyəti dəvət olunub.
Premyer Liqanın ən yaxşı bombardiri Ramil Şeydayev mükafatını alıb. “Qarabağ”ın heyətində 22 qola imza atan yığmamızın üzvünə xüsusi mükafat təqdim olunub.
Sonda fəxri kürsüyə “Qarabağ” çıxıb. Komanda üzvləri və inzibati heyətə qızıl medallar verilib.
Tədbir atəşfəşanlıqla yekunlaşıb.
Premyer Liqanın qalibləri mükafatlandırıldı
28.05.2023 - 22:14
0
0