Prinsipial oyuna TƏKLİ KUPON
11.06.2022 - 13:03
Prinsipial oyuna TƏKLİ KUPON

Bu gün Millətlər Liqasının III turunda daha bir neçə oyun keçiriləcək.

Apasport.az saytının məlumatına görə, B liqasının 1-ci qrupunda İrlandiya Şotlandiyanı qəbul edəcək.

Rusiyalı futbol eksperti Dmitri Matorkin prinsipial rəqiblərin duelinə öz proqnozunu verib:

İrlandiya Millətlər Liqasına iki məğlubiyyətlə başladı. Halbuki buna qədər Stiven Kenninin kollektivi ardıcıl səkkiz görüş idi uduzmurdu. Təbii ki, irlandlarla şotlandlar arasında oyunlar həmişə prinsipial keçir. Komandalar sonuncu dəfə AVRO-2016-nın seçmə mərhələsində qarşılaşıb, Şotlandiya üstün olub (1 qələbə, 1 heç-heçə).

Şotlandiya pley-off mərhələsinin yarımfinalında Ukraynaya 1:3 hesabı ilə uduzaraq Qətərdə keçiriləcək dünya çempionatından kənarda qaldı. “Tartan ordusu” Millətlər Liqasında bir oyun keçirib (Ermənistan - 2:0). Ümumilikdə şotlandlar son 10 görüşün 9-da uduzmamağı bacarıb. Şəxsi görüşlərin tarixi 19-cu əsrə gedib çıxır. “Cəsur ürəklər” 66 matçdan 47-də qalib gələrək İrlandiya üzərində böyük üstünlüyə malikdirlər.

Komandalar hazırda bərabər səviyyədə hesab edilir. Matça qoyulan əmsallar da bunu deməyə əsas verir. İrlandiya elə möhtəşəm hücum futbolu nümayiş etdirmir: son 10 oyundan 6-da 2,5 ALT gəlib. 7 görüşündə isə tərəflərdən ən azı biri qol vurmayıb. Şotlandların statistikası da buna yaxındır.

İstənilən prinsipial oyunda mübarizə komandaların qapısı yaxınlığında deyil, meydanın mərkəzində gedir. Bugünkü matçda da ALT-ın əmsalı az görünə bilər. Bu səbəbdən ən məqbulu komandalardan ən azı birinin qol vurmayacağına mərc etməkdir.

Proqnozum: Yox/Qol

writer photo
Əlirza Əlirzalı
0