Püşkatmaya doğru: Avrokuboklarda klublarımızın rəqiblərinin TAM SİYAHISI
12.06.2022 - 20:43
Püşkatmaya doğru: Avrokuboklarda klublarımızın rəqiblərinin TAM SİYAHISI

Uşaq və gənclərin fiziki və mənəvi inkişafı istiqaməti üzrə

Qarşıdakı həftə avrokubokların ilk iki təsnifat mərhələsinin püşkatması ilə əlamətdar olacaq.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Konfrans Liqasında ilk raundların cütləri bəlli olacaq.

Düzdür, artıq Çempionlar Liqasında ilkin mərhələnin cütləri bilinir. Amma təsnifat mərhələlərinin ilk püşkü iyunun 14-də atılacaq.

Çərşənbə axşamı həm Çempionlar Liqasında, həm Konfrans Liqasında I təsnifat mərhələnin püşkü atılacaq. Qitənin ən nüfuzlu klub turnirində 29 komanda və ilkin mərhələnin qalibi, üçüncü dərəcəli yarışın startında 60 iştirakçı olacaq.

Azərbaycan çempionu “Qarabağ”ın da ilk rəqibi iyunun 14-də bilinəcək. Mərhələnin ən reytinqli komandası olan Qurban Qurbanovun komandası səpələnmişlər sırasındadır.

Ağdam klubu digər səbətdəki 15 variantdan 14-nü gözləyir. Ermənistan klubları təmsilçilərimizə rəqib ola bilməz. 14 mümkün variantdan 13-də konkret klub bilinirsə, digər ilkin mərhələnin qalibidir.

“Qarabağ”ın növbəti mümkün rəqibi iyunun 15-də bilinəcək. Ağdam klubunun yer aldığı cütün qalibinin kiminlə görüşə biləcəyi müəyyənləşib. Burada 10 mümkün variantdan 8-i ilk raundun cütlərinin qalibidir. “Sürix”lə “Makkabi” isə yarışın ilk raundundan azad olan mümkün rəqiblərdir.

Çempionlar Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Qarabağ” (Azərbaycan)
“Malmö” (İsveç)
“Lüdoqorets” (Bolqarıstan)
“Şerif” (Moldova)
ÇFR (Rumıniya)
“Bodo Qlimt” (Norveç)
“Ferensvaroş” (Macarıstan)
“Maribor” (Sloveniya)
“Slovan” (Slovakiya)
HİK (Finlandiya)
TNS (Uels)
“Düdelanj” (Lüksemburq)
“Jalgiris” (Litva)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)
Səpələnməmişlər
“Linfild” (Şimali İrlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Şaxtyor” (Belarus)
“Sutyeska” (Monteneqro)
“Klasksvik” (Farer adaları)
“Lex” (Polşa)
“Hibernians” (Malta)
“Tobol” (Qazaxıstan)
“Şkupi” (Şimali Makedoniya)
“Pünik” (Ermənistan)
RFS (Latviya)
“Dinamo” (Batumi, Gürcüstan)
“Tirana” (Albaniya)
“Balikani” (Kosovo)
İlkin mərhələnin qalibi

II təsnifat mərhələsi
Səpələnmişlər

“Dinamo” (Zaqreb, Xorvatiya)
“Olimpiakos” (Yunanıstan)
“Viktoriya” (Çexiya)
“Qarabağ” (Azərbaycan) yer alan cütün qalibi
“Malmö” (İsveç) yer alan cütün qalibi
“Lüdoqorets” (Bolqarıstan) yer alan cütün qalibi
“Şerif” (Moldova) yer alan cütün qalibi
ÇFR (Rumıniya) yer alan cütün qalibi
“Bodo Qlimt” (Norveç) yer alan cütün qalibi
“Ferensvaroş” (Macarıstan) yer alan cütün qalibi
Səpələnməmişlər
“Maribor” (Sloveniya) yer alan cütün qalibi
“Slovan” (Slovakiya) yer alan cütün qalibi
HİK (Finlandiya) yer alan cütün qalibi
TNS (Uels) yer alan cütün qalibi
“Düdelanj” (Lüksemburq) yer alan cütün qalibi
“Jalgiris” (Litva) yer alan cütün qalibi
“Linkoln” (Cəbəllütariq) yer alan cütün qalibi
“Makkabi” (Hayfa, İsrail)
“Şemrok Rovers” (İrlandiya) yer alan cütün qalibi
“Sürix” (İsveçrə)

Konfrans Liqasındakı təmsilçilərimiz ilk mərhələdən azaddır. “Neftçi”, “Zirə” və “Qəbələ” iyunun 15-ni gözləyəcək.

II təsnifat mərhələsində 30 cüt və 60 klub rəqibini tanıyacaq. “Neftçi” səpələnmişlər sırasında yer alacaq. “Zirə” ilə “Qəbələ” isə aşağı reytinqlilər sırasında olduğundan onları nisbətən güclü rəqib gözləyir. Amma onların bəxtinə düşəcək cütdə sensasiya komandalarımızın xeyrinə olacaq.

Konfrans Liqası
I təsnifat mərhələsi
Səpələnmişlər

“Flora” (Estoniya)
“Şkendiya” (Şimali Makedoniya)
“Riqa” (Latviya)
“Alaşkert” (Ermənistan)
“Olimpiya” (Sloveniya)
“Kuopio” (Finlandiya)
“Fola” (Lüksemburq)
“Buduçnost” (Monteneqro)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Dunayska Ştreda” (Slovakiya)
“Laçi” (Albaniya)
“Mura” (Monteneqro)
“Drita” (Kosovo)
“Dinamo” (Minsk, Belarus)
B36 (Farer adaları)
“Liepaya” (Latviya)
“Petrokub” (Moldova)
“Europa” (Cəbəllütariq)
“Partizani” (Albaniya)
“Breydablik” (İslandiya)
HB (Farer adaları)
“Qzira” (Malta)
“Milsami” (Moldova)
“Jalgiris” (Kaunas, Litva)
“Bala Taun” (Uels)
“Tre Penne” (San-Marino)
“Sent Cozefs” (Cəbəllütariq)
“Kruzaders” (Şimali İrlandiya)
“Poqon” (Polşa)
“Lexiya” (Polşa)
Səpələnməmişlər
“Rujomberok” (Slovakiya)
“Borats” (Bosniya və Herseqovina)
“Tre Fiore” (San-Marino)
“İnter” (Finlandiya)
“Reykyavik” (İslandiya)
“Saburtalo” (Gürcüstan) 
“Sfantul” (Moldova)
“Vikinqur” (Farer adaları)
“Floriana” (Malta)
“Derri” (İrlandiya)
“Larne” (Şimali İrlandiya)
“Panevejis” (Litva)
“Payde” (Estoniya)
“Kliftonvill” (Şimali İrlandiya)
“Tuzla” (Bosniya və Herseqovina)
SJK (Finlandiya)
“Differdanj” (Lüksemburq)
“Qjilani” (Kosovo)
“Llapi” (Kosovo)
“Ararat” (Ermənistan)
“Sliqo” (İrlandiya)
“Dila” (Gürcüstan)
“Pandev akademiyası” (Ş.Makedoniya)
“Hamrun” (Malta)
“Nyutaun” (Uels)
“Maqpis” (Cəbəllütariq)
“Deçiç” (Monteneqro)
“İskra” (Monteneqro)
“Atletik” (Andorra)
“Santa Koloma” (Andorra)

II təsnifat mərhələsi
Səpələnmişlər

“Bazel” (İsveçrə)
“Slaviya” (Çexiya)
“Yanq Boyz” (İsveçrə)
“Alkmaar” (Niderland)
PAOK (Yunanıstan)
“Başakşəhər” (Türkiyə)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Astana” (Qazaxıstan)
“Molde” (Norveç)
APOEL (Kipr)
“Styaua” (Rumıniya)
BATE (Belarus)
“Rapid” (Avstriya)
“Riyeka” (Xorvatiya)
“Antverpen” (Belçika)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Sparta” (Çexiya)
“Fehervar” (Macarıstan)
“Gimarayeş” (Portuqaliya)
MOİK (Bolqarıstan)
“Suduva” (Litva)
“Flora” (Estoniya) yer alan cütün qalibi
“Şkendiya” (Şimali Makedoniya) yer alan cütün qalibi
“Brondbü” (Danimarka)
“Spartak” (Slovakiya)
“Riqa” (Latviya) yer alan cütün qalibi
“Kayrat” (Qazaxıstan)
“Alaşkert” (Ermənistan) yer alan cütün qalibi
“Osiyek” (Xorvatiya)
“Olimpiya” (Sloveniya) yer alan cütün qalibi
“Kuopio” (Finlandiya) yer alan cütün qalibi
“Fola” (Lüksemburq) yer alan cütün qalibi
“Universtatya” (Krayova, Rumıniya)
“Motervell” (Şotlandiya)
“Neftçi” (Azərbaycan)
“Buduçnost” (Monteneqro) yer alan cütün qalibi
“Çukariçki” (Serbiya)
“Radniçki” (Serbiya)
“Dinamo” (Tbilisi, Gürcüstan) yer alan cütün qalibi
“Dunayska Ştreda” (Slovakiya) yer alan cütün qalibi
“Vaduts” (Lixtenşteyn)
“Vorskla” (Ukrayna)
“Laçi” (Albaniya) yer alan cütün qalibi
“Aris” (Yunanıstan)
“Mura” (Monteneqro) yer alan cütün qalibi
Səpələnməmişlər
“Vikinq” (Norveç)
“Lillestryom” (Norveç)
“Viborq” (Danimarka)
“Konyaspor” (Türkiyə)
“Aris” (Kipr)
“Drita” (Kosovo) yer alan cütün qalibi
“Ararat-Armenia” (Ermənistan)
“Dinamo” (Minsk, Belarus) yer alan cütün qalibi
AİK (İsveç)
“Makkabi” (Netanya, İsrail)    
B36 (Farer adaları) yer alan cütün qalibi
“Elfsborq” (İsveç)
“Dyerqarden” (İsveç)
“Liepaya” (Latviya) yer alan cütün qalibi
“Petrokub” (Moldova) yer alan cütün qalibi
“Europa” (Cəbəllütariq) yer alan cütün qalibi
“Partizani” (Albaniya) yer alan cütün qalibi
“Breydablik” (İslandiya) yer alan cütün qalibi
HB (Farer adaları) yer alan cütün qalibi
“Qzira” (Malta) yer alan cütün qalibi
“Levski” (Bolqarıstan)
“Botev” (Bolqarıstan)
“Milsami” (Moldova) yer alan cütün qalibi
“Jalgiris” (Kaunas, Litva) yer alan cütün qalibi
“Qəbələ” (Azərbaycan)
“Sepsi” (Rumıniya)
“Zirə” (Azərbaycan)
“Kişvarda” (Macarıstan)
“Puşkaş Akademiyası” (Macarıstan)
“Bala Taun” (Uels) yer alan cütün qalibi
“Tre Penne” (San-Marino) yer alan cütün qalibi
“Sent Cozefs” (Cəbəllütariq) yer alan cütün qalibi
“Kruzaders” (Şimali İrlandiya) yer alan cütün qalibi
“Rakov” (Polşa)
“Poqon” (Polşa) yer alan cütün qalibi
“Lexiya” (Polşa) yer alan cütün qalibi
“Kızıljar” (Qazaxıstan)
“Koper” (Sloveniya)
“Qomel” (Belarus)
“Velej” (Bosniya və Herseqovina)
“Valmiera” (Latviya) 
“Union” (Lüksemburq)
“Sent Patriks” (İrlandiya)
“Vlajniya” (Albaniya)
“Makedoniya” (Şimali Makedoniya)

İyunun 15-də “Qarabağ”ın daha bir mümkün rəqibi bilinəcək. Bu, Çempionlar Liqasındakı cütlərin məğlublarının Konfrans Liqasının II təsnifat mərhələsi üçün püşkatmasında bilinəcək.

Çempionlar Liqasının I təsnifat mərhələsinin 15 cütündən ikisində uduzan püşk vasitəsilə birbaşa Konfrans Liqasının III təsnifat mərhələsinə düşəcək. Digər 13 cütün uğursuzu və ilkin mərhələnin 3 məğlubu da burada qüvvəsini sınayacaq. 

Konfrans Liqası, Çempionlar yolu
II təsnifat mərhələsi

“Qarabağ” (Azərbaycan) yer alan cütün məğlubu
“Malmö” (İsveç) yer alan cütün məğlubu
“Lüdoqorets” (Bolqarıstan) yer alan cütün məğlubu
“Şerif” (Moldova) yer alan cütün məğlubu
ÇFR (Rumıniya) yer alan cütün məğlubu
“Bodo Qlimt” (Norveç) yer alan cütün məğlubu
“Ferensvaroş” (Macarıstan) yer alan cütün məğlubu
“Maribor” (Sloveniya) yer alan cütün məğlubu
“Slovan” (Slovakiya) yer alan cütün məğlubu
HİK (Finlandiya) yer alan cütün məğlubu
TNS (Uels) yer alan cütün məğlubu
“Düdelanj” (Lüksemburq) yer alan cütün məğlubu
“Jalgiris” (Litva) yer alan cütün məğlubu
“Linkoln” (Cəbəllütariq) yer alan cütün məğlubu
“Şemrok Rovers” (İrlandiya) yer alan cütün məğlubu
“Levadiya” (Estoniya) – “Vikinqur” (İslandiya) cütünün məğlubu
“La Fiorita” (San Marino) – “İnter” (Andorra) cütünün məğlubu
İlkin mərhələnin final matçının məğlubu

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsi iyulun 5-6-da və 12-13-də, II təsnifat mərhələsi 19-20-də və 26-27-də baş tutacaq. Konfrans Liqasında isə qarşılaşmalar iyulun 7-də, 14-də, 21-də və 28-də olacaq.

Vüqar Xeyrullayev

MEDİA-nın maliyyə yardımı ilə dərc olunurMEDİA-nın maliyyə yardımı ilə dərc olunur

writer photo
Əlirza Əlirzalı
0