Qambiya millisinin üzvü “Zirə”yə doğru
02.10.2023 - 20:19
Qambiya millisinin üzvü “Zirə”yə doğru

Azərbaycan Premyer Liqasının lideri “Zirə” transfer çalışmalarını davam etdirir.

Apasport.az saytına verilən məlumata görə, “Elfsborq”un müdafiəçisi Madu Jarjue adıçəkilən klubun maraq dairəsindədir.

İsveç klubunda az-az meydana çıxan futbolçunun qışdan sonra Azərbaycan klubunda icarədə oynamaq ehtimalı var. Qambiya millisinin üzvü karyerası ərzində “Jil-Visente”, “Səbail”, “Austria Vyana”da oynadıqdan sonra “Elfsborq”a keçib. O, Slovakiyanın “Slovan” klubunda icarə əsasında da çıxış edib.

Qeyd edək ki, Jarjuenin qışdan sonra Azərbaycanda oynamağa müsbət yanaşdığı bildirilir.

writer photo
Əlirza Əlirzalı
0