“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinin püşkatmasındakı səbəti dəqiqləşib.
Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələri 2-ci səbətə düşəcək.
Buna Çempionlar Liqasının dünənki matçlarında “Srvena Zvezda” və “Kopenhagen”in mərhələ adlaması səbəb olub. Bu komandaların Avropa Liqasına düşməməsi “Qarabağ”ın 2-ci səbətdə yerini təmin etməsi ilə nəticələnib.
Artıq 22 komandanın qrupda iştirakı dəqiqləşib. Digər 10 komanda bu gün bəlli olacaq.
“Qarabağ” reytinqinə görə qrupda oynaya biləcək ən azı 15-ci komandadır. “Olimpiakos” və “Gent”in tur adlamaması Ağdam klubunu bir az da irəli sala bilər. Amma istənilən halda çempionumuz 2-ci “8-lik”də olacaq.
Qeyd edək ki, sabah İstanbulda baş tutacaq püşkatma Bakı vaxtı ilə 15:00-da başlayacaq.
1-ci səbət
“Roma”
“Mançester Yunayted”
“Arsenal”
“Braqa”
“Latsio”
“Srvena Zvezda”
“Dinamo” K
“Olimpiakos”*
2-ci səbət
“Feyenoord”
PSV
“Gent”*
“Renn”
“Monako”
“Real Sosyedad”
“Qarabağ”
“Malmö”*
3-cü səbət
“Lüdoqorets”*
“Şerif”*
“Betis”
“Midtülland”
“Bodo Qlimt”
“Ferensvaroş”*
“Union” (Almaniya)
“Frayburq”
4-cü səbət
“Fənərbaxça”*
“Nant”
HİK*
“Şturm”
AEK*
“Harts”*
“Union” (Belçika)
“Trabzonspor”
* - bu komandalar bu gün Avropa Liqasında pley-offu adlamalıdır ki, göstərilən səbətə düşsün. Əks halda isə ona qalib gələn komanda sonuncu səbətə düşəcək, digərləri isə bir addım irəliləyəcək.