“Qarabağ” “5”ə çatdı
27.07.2023 - 12:01
Azərbaycan klublarının 2023/24 mövsümündəki ilk avtoqoluna Elvin Cəfərquliyev imza atıb.
Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu Çempionlar Liqasında uğursuzluq yaşayıb.
O, “Rakuv”la Polşada keçirilən matçda öz qapısına qol vurub. II təsnifat mərhələsinin bu görüşündə meydan sahibləri 3:2 hesablı qələbə qazanıb.
Bu, “Qarabağ”ın avrokuboklarda 5-ci avtoqoludur. Ağdamlılar qitə kuboklarında öz qapısına ən çox qol vuran Azərbaycan komandasıdır.
Qeyd edək ki, Elvinə qədər Maksim Medvedev üç, Azər Cabbarov bir dəfə “Qarabağ”ın forması ilə qapıları səhv salıb.
0
0