“Qarabağ” Avstriyadan qələbə ilə ayrılır
04.07.2023 - 21:53
“Qarabağ” Avstriyadan qələbə ilə ayrılır

Avstriyada təlim-məşq toplanışı keçən “Qarabağ” bu gün son yoxlama matçını keçirib.

Apasport.az saytı xəbər verir ki, çempion Bolqarıstan təmsilçisi SSKA-ya qalib gəlib.

Oyunda qapılara bir qol vurulub. Birinci hisssənin sonlarında Cica fərqlənib. Ağdam klubu bundan əvvəl iki yoldaşlıq oyununda qüvvəsini sınamışdı. “Legiya” ilə 2:2 oynayan “Qarabağ”, “Ferentsvaroş”a 0:2 hesabı ilə uduzmuşdu.

Qeyd edək ki, Avstriya toplanışını başa vuran “Qarabağ” İspaniyaya yola düşəcək. Komanda Marbelya bölgəsində 4 günlük hazırlıq keçəcək.

Yoldaşlıq oyunu
4 iyul
“Qarabağ” – SSKA (Bolqarıstan) – 1:0
Qol:
Cica, 42.
 

writer photo
Əlirza Əlirzalı
0