"Qarabağ" böyükhesablı qələbə qazandı - YENİLƏNİB
13.08.2023 - 20:23
"Qarabağ" böyükhesablı qələbə qazandı - YENİLƏNİB


Bu gün Misli Premyer Liqasında növbəti oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, son çempion “Qarabağ” “Turan Tovuz”a qalib gəlib.

İlk turda gözlənilməz məğlubiyyətdən sonra Qurban Qurbanovun yetirmələri növbəti səhvi buraxmayıblar. Ağdam klubu 3:0 hesabı ilə asan qələbə qazanıb. 

Sumqayıtda şəhərin eyniadlı komandası “Sabah”la görüşü isə təxirə salınıb. Bu matçın tarixi hələ dəqiqləşməyib.

Qeyd edək ki, tura avqustun 14-də yekun vurulacaq.
 

Misli Premyer Liqası
II tur
13 avqust (bazar)


18:30. “Qarabağ” – “Turan Tovuz” - 3:0
Qollar:
Juninyo, 30. Abdullah Zubir, 66. Adama Diakabi, 69
Baş hakim: Rauf Allahverdiyev
“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica,
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade
Baş məşqçi: Qurban Qurbanov
“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 79. Martin Petkov
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov
Baş məşqçi: Ayxan Abbasov
“Azersun Arena”

 

writer photo
Əlirza Əlirzalı
0