Monteneqro yığmasının müdafiəçisi Marko Veşoviçlə müqavilənin müddətini daha 2 il uzatmaq barədə razılığa gələn "Qarabağ" artıq bütün diqqətini Kvabena Ovusuya çevirib.
Apasport.az xəbər verir ki, Azərbaycan çempionu qanalı hücumçunun sözləşməsini yeniləmək üçün hərəkət keçib.
Ağdam klubu 2020-ci ildə "Leqanes"dən (İspaniya) transfer etdiyi 25 yaşlı forvardın kontraktını 3 il də artırmağı planlaşdırır. Ötən mövsümü icarə əsasında "Ankaragücü"də keçirmiş Qana yığmasının üzvü cari "futbol ili"ndə əla təsir bağışlayır. Afrikalı legionerə Avropanın bir sıra yerlərindən təkliflər gəlməkdədir. Ölkəsinin millisində meydana çıxdığı 3 oyunda 1 qol vurmuş Ovusu "Qarabağ"da məhsuldar çıxış edir. Xüsusən avrokuboklarda özünü yaxşı tərəfdən göstərir (sportinfo.az).