“Qarabağ” - “Frayburq” matçının biletləri satışda
28.10.2022 - 11:18
“Qarabağ” - “Frayburq” matçının biletləri satışda

Avropa Liqasının qrup mərhələsində keçiriləcək “Qarabağ” - “Frayburq” oyununun biletləri satışa çıxarılıb.

Apasport.az saytının məlumatına görə, azarkeşlər qrupun son matçının biletlərini bu gündən əldə edə bilərlər.

Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Satış məntəqələri bunlardır:
- Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək);
- Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);
- Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopunda (11:00-dan 20:00-dək), eləcə də 28 mall və Gənclik mall ticarət mərkəzlərində bütün biletlər satışa çıxarılıb (11:00-22:00).

Qeyd edək ki, “Qarabağ” – “Frayburq” qarşılaşması noyabrın 3-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

writer photo
Əlirza Əlirzalı
0