"Qarabağ" Kadiyə təklif göndərdi
12.06.2024 - 13:23
"Qarabağ" Kadiyə təklif göndərdi

"Qarabağ" sabiq futbolçusu Kadinin klubuna - "Krasnodar"a rəsmi təklif göndərib.

Apasport.az xəbər verir ki, bu barədə "RB Sport"a futbolçunun agenti Helsio Alisk məlumat verib.

Xəbərə görə, 27 yaşlı oyunçu "buğalar"ın baş məşqçisi Murad Musayevə Rusiya komandasını tərk edərək Ağdam təmsilçisinə qayıtmaq istədiyini deyib.

Qeyd edək ki, Kadi Borges 2021-ci ilin yayından 2023-cü ilədək “Qarabağ”ın formasını geyinib. O, son mövsüm Rusiyadakı bütün turnirlərdə 33 oyun keçirib, 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0