“Qarabağ” Konfrans Liqasını qazana bilər – EHTİMAL
15.02.2023 - 17:02
“Qarabağ” Konfrans Liqasını qazana bilər – EHTİMAL

Sabah Konfrans Liqasında mövsümün həlledici mərhələlərinə start veriləcək.

Apasport.az saytının məlumatına görə, qitənin üçüncü dərəcəli klub turnirində mübarizəni davam etdirən 24 komandanın kuboku qazanmaq şansı açıqlanıb.

Bukmeker kontorları “Vest Hem”i turnirin əsas favoriti hesab edir. İngiltərə klubunun zəfəri 5,00 əmsala bərabərdir.

Bütün iştirakçılar kimi Azərbaycan çempionu “Qarabağ”ın da Konfrans Liqasının qalibi olmaq ehtimalı var. Bu ehtimal kontorlarda 67,0 əmsalla dəyərləndirilir.

Qurban Qurbanovun yetirmələri kuboka 24 iddiaçı arasında 21-cidir. Yalnız üç klubun şansları dana aşağıdır. Təmsilçimizin pley-offdakı rəqibi “Gent”də bu rəqəm 50-yə bərabərdir. Belçikalılar 15-ci yeri bölüşür.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun sabah Bakıda, cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq.

1. “Vest Hem” – 5,00
2-3. “Vilyarreal” – 6,00
“Latsio” – 6,00
4. “Braqa” – 10,0
5. “Alkmaar” – 12,0
6. “Fiorentina” – 13,0
7. “Nitsa” – 17,0
8. “Bodo Qlimt” – 20,0
9. “Başakşəhər” – 23,0
10. “Şerif” – 34,0
11-12. “Bazel” – 35,0
“Partizan” – 35,0
13. “Trabzonspor” – 40,0
14. “Anderlext” – 41,0
15-19. “Gent” – 50,0
“Lüdoqorets” – 50,0
“Sivasspor” – 50,0
“Slovan” – 50,0
“Yurqorden” – 50,0
20. “Dnepr-1” – 66,0
21. “Qarabağ” – 67,0
22. AEK – 70,0
23-24. “Lex” - 100
ÇFR - 100

writer photo
Əlirza Əlirzalı
0