“Qarabağ” Lunyovla yollarını ayırdı - Rəsmi
04.06.2024 - 17:58
“Qarabağ” Lunyovla yollarını ayırdı - Rəsmi

"Qarabağ" qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 33 yaşlı rusiyalı qolkiperlə başa çatan müqavilə uzadılmayıb.

2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib.

Qeyd edək ki, Andrey “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

writer photo
Əlirza Əlirzalı
0