“Qarabağ” məğlubiyyətinə İtaliyada sevindilər - FOTO
28.02.2023 - 12:16
“Qarabağ” məğlubiyyətinə İtaliyada sevindilər - FOTO

Bukmeker kontorlarında qeydə alınan daha bir uduş məlum olub.

Apasprot.az saytının məlumatına görə, proqnozsevər avrokubok oyunlarından qazanıb.

Better Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının ümumilikdə 9 matçına mərc edib. O, bu kupona 5 avro yatırıb.

Ekspresdə “Qarabağ”ın “Gent”lə Belçikadakı qarşılaşması da yer alıb. Azərbaycan çempionunun 0:1 hesabı ilə uduzması İtaliyanın Bari şəhərindəki müştərini sevindirib. Bütün təxminləri dəqiq çıxan proqnozsevər 7 min 951,49 avro uduş əldə edib.

writer photo
Əlirza Əlirzalı
0