“Qarabağ” mövqeyini qorudu, “Neftçi” və “Qəbələ” gerilədi
17.12.2022 - 13:47
“Qarabağ” mövqeyini qorudu, “Neftçi” və “Qəbələ” gerilədi

Avropanın top komandalarının dekabr ayı üçün reytinqi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə qitənin 438 ən güclü klubu yer alıb.

Siyahıda Azərbaycanın üç komandası yer alıb. Ölkəmizin ən yaxşı təmsilçimiz “Qarabağ”dır.

Avropa Liqası ilə vidalaşaraq Konfrans Liqasında mübarizəni davam etdirəcək Qurban Qurbanovun yetirmələri ötən siyahı ilə müqayisədə mövqeyini qoruyub. 213 xala malik Azərbaycan çempionu Avropada 80-cidir.

İki pillə geriləyən “Neftçi” 33 xalla qitədə 228-cidir. Altı addım aşağı yuvarlanan “Qəbələ” 5 xala 388-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, siyahıya 2391 xala malik “Real” başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0