“Qarabağ” - “Nant” matçının biletləri satışa çıxarılır
10.09.2022 - 18:29
“Qarabağ” - “Nant” matçının biletləri satışa çıxarılır

Avropa Liqasının qrup mərhələsinin II turunun “Qarabağ” - “Nant” matçının bütün biletlərinin satışa çıxarılacağı vaxt müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, azarkeşləri matçın biletlərini sabah – sentyabrın 11-dən etibarən əldə edə bilər.

Satışa saat 11:00-da start veriləcək. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

Oyunu izləmək istəyənlər biletləri matçın baş tutacağı Tofiq Bəhramov adına Respublika stadionun kassalarında (11:00-dan 20:00-dək), “İticket.az”ın satış məntəqələri (iticket.az-da onlayn satış), “Qarabağ”ın “Park Bulvar”dakı fan-şopunda (11:00-dan 20:00-dək), həmçinin “28 mall” və “Gənclik mall” ticarət mərkəzlərində (11:00-22:00) əldə edə bilər.

Qeyd edək ki, sentyabrın 15-də keçiriləcək “Qarabağ” – “Nant” görüşü saat 20:45-də başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0