“Qarabağ” – “Nant”: Qol, qol, qol...
13.09.2022 - 13:02
“Qarabağ” – “Nant”: Qol, qol, qol...

Sentyabrın 15-də Avropa Liqasında II turun oyunları keçiriləcək.

Apasport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ” qrupdakı ilk ev matçında “Nant”ı qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüş proqnozsevərlərin və ekspertlərin də maraq dairəsindədir. Mütəxəssis Dmitri Matorkin də bu görüşə proqnoz verib:

Avropa Liqasının G qrupu turnirdə ən bərabər səviyyəli və intriqalı “dördlük”lərindən sayılır. “Qarabağ”la “Nant”dan başqa, “Olimpiaskos”la “Frayburq” da bura düşüb.

“Qarabağ” qrupa Almaniyadakı məğlubiyyətlə başlayıb. Azərbaycan çempionu “Frayburq”la qarşılaşmada iki erkən qol buraxandan sonra məğlubiyyətdən qaça bilməyib – 1:2.

“Nant” isə uzun müddətdən sonra avrokuboklara qayıdışını “Olimpiakos” üzərində ev qələbəsi ilə qeyd edib. Bu, 3-cü uzatma dəqiqəsində vurulan qol sayəsində mümkün olub.

Hər iki komanda paralel öz çempionatlarında da oynayır. Komandalar həftəsonu fərqli nəticələr göstərib. “Qarabağ” derbidə “Sabah”a 4:3 hesabı ilə qalib gəlibsə, “Nant” səfərdə “Loryan”dan xal ala bilməyib – 2:3.

“Qarabağ”ın avrokubokların təsnifat mərhələlərindəki ev oyunlarını kifayət qədər inamlı keçirdiyi qeyd etməliyəm. “Lex”i 5:1, “Sürix”i 3:2 hesabı ilə yenən komanda “Ferensvaroş” (1:1) və “Viktoriya” (0:0) ilə heç-heçə oynayıb. “Nant” cari mövsümün 5 səfər matçında qələbə görməyib: 3 məğlubiyyət və 2 heç-heçə.

Elə buna görə də 1,46 əmsala bərabər 1X və ya 1,84 əmsalla dəyərləndirilən Fora1 (0) yetərincə maraqlı görünür. Amma hazırda hər iki komanda sabit şəkildə qolları sıralayır. Bakıda hər iki tərəfin fərqlənəcəyi gözləniləndir. “Qarabağ”ın son 7 görüşündən beşində bu variant gəlib. “Nant”ın 9 matçının altısı da Q/Q bitib. Bu variantın əmsalı 1,78-lə qiymətləndirilir.

“Qarabağ” heç də ən etibarlı müdafiə xəttinə malik olmayan “Nant”a öz meydanında qol vuracaq. Səfərdəki uğursuzluqlara baxmayaraq fransalılar da Bakıdan qolsuz ayrılmayacaq.

Proqnozum: Q/Q
 

writer photo
Əlirza Əlirzalı
0