“Qarabağ” - “Olimpiakos”: Kim şanslıdır?
13.10.2022 - 16:01
Avropa Liqasının qrup mərhələsinin IV turunun oyunları çərçivəsində keçiriləcək “Qarabağ” (Azərbaycan) - “Olimpiakos” (Yunanıstan) görüşünün əmsalları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Azərbaycan çempionunu matçın favoriti sayırlar.
Bu gün Bakıda baş tutacaq matçda təmsilçimizin qələbəsi 1,83, “Olimpiakos”un uğuru 4,62 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,96 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:45-də başlayacaq.
0
0