“Qarabağ” – “Rakuv” cütünün qalibinin rəqibi - “Aris”
02.08.2023 - 00:11
“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki potensial rəqibləri arasında cavab matçı keçirilib.
Apasport.az saytı xəbər verir ki, BATE - “Aris” oyunu qonaqların qələbəsi ilə başa çatıb.
Məhsuldar keçən qarşılaşmada qapılara 8 top vurulub. Kipr çempionu 5:3 hesablı qələbə qazanıb. Komandalar arasında ilk görüşdə “Aris” 6:2 hesabı ilə qələbə qazanmışdı. Kiprlilər iki oyunda rəqib qapısından 11 top keçiriblər.
Qeyd edək ki, “Qarabağ” cavab matçında “Rakuv” səddini keçəcəyi halda, “Aris”lı qarşılacaq. Ağdam klubu ilk görüşdə 2:3 hesabı ilə uduzub.
0
0