"Qarabağ" son dəqiqələrdə buraxdığı qolla məğlub oldu - YENİLƏNİB
09.11.2023 - 23:44
"Qarabağ" son dəqiqələrdə buraxdığı qolla məğlub oldu - YENİLƏNİB

Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsinin IV turunun oyununa çıxıb.

Apasport.az xəbər verir ki, H qrupunda yer alan Ağdam təmsilçisi Almaniyanın “Bayer” klubunu qəbul edib. 

Qurban Qurbanovun komandası ötən turda səfərdə 1:5 hesabı ilə məğlub olduğu Leverkuzen komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qonaq edib. "Qarabağ" oyundan məğlub ayrılıb: 0-1

Xallarını 12-ə çatdıran “Bayer” qrupa liderlik edir, “Qarabağ” isə 6 xalda qalaraq 2-ci pillədə qərarlaşıb. Xabi Alonsonun komandası isə pley-offa vəsiqəni təmin edib.

Qrupun digər görüşündə “Haken” (İsveç) “Molde”ni (Norveç) qəbul edəcək.

UEFA Avropa Liqası
H qrupu, IV tur
9
Noyabr

21:45. “Qarabağ” (Azərbaycan) – “Bayer 04” (Almaniya) 0-1

Qol: Boniface, 90+3 (penalti) 

Qarabağ”: 99. Andrey Lunyov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 18. Juninyo Olavio.

Bayer 04”: 17. Matey Kovarj, 4. Conatan Tah (k), 3. Pyero İnkape, 2. Yosip Stanisiç, 34. Qranit Caka, 8. Robert Endrix (k), 19. Natan Tella, 20. Alexandro Qrimaldo, 10. Florian Virts, 21. Amine Adli, 22. Viktor Bonifeys.

Baş hakim: Kreyq Pouson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

writer photo
Əlirza Əlirzalı
0