"Qarabağ" Türkiyədə 2 komandanı məğlub etdi, 2-nə uduzdu
08.04.2023 - 23:26
“İzmir Cup – 2023” turnirinin qrup mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, “Qarabağ”ın U-12 komandası bu gün 5 oyun keçirib. Komandamız “Ayntraxt” (Frankfurt, Almaniya) və “Manisa” (Türkiyə) klublarına qalib gəlib. Hər iki oyun 1:0 hesabı ilə başa çatıb.
Türkiyənin “Başakşəhər” və “Altınordu” klublarına 0:1 hesabı ilə uduzan komandamız son turda Portuqaliya “Portu”su ilə heç-heçə edib – 0:0.
"Qarabağ" sabah iki yoldaşlıq oyunu keçirəcək.
0
0