"Qarabağ" və "Neftçi" dünya reytinqində irəlilədi
10.02.2024 - 09:58
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
Apasport.az qurumun rəsmi saytına istinadla xəbər verir ki, 403 klubdan ibarət siyahıda Azərbaycanı 2 komanda təmsil edir.
Ötən ay 73-cü pillədə qərarlaşan "Qarabağ" (146,5 xal) 70-ci sıraya yüksəlib. "Neftçi" (57,5 xal) isə 469-cu yerdən 398-ci mövqeyədək irəliləyib.
Qeyd edək ki, dünya reytinqinə “Mançester Siti” (359 xal) başçılıq edir. “Real” (332 xal) ikinci, “İnter” (281 xal) isə üçüncüdür.
0
0