"Qarabağ" bugünlərdə Marko Veşoviçin müqaviləsinin müddətini uzadıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, 32 yaşlı müdafiəçinin yeni sözləşməsi 2025-ci il iyunun 30-dək nəzərdə tutulub.
Onun əvvəlki kontraktı iyunda başa çatmalı idi.
Marko Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edir. Bu müddətdə 60 oyuna çıxan monteneqrolu 5 qol vurub.
Əvvəllər Monteneqronun "Buduçnost", "Mladost", Serbiyanın "Srvena Zvezda", İtaliyanın "Torino", Xorvatiyanın "Rieka" və Polşanın "Legia" klublarında oynayan müdafiəçi ölkəsinin yığmasında keçirdiyi 37 oyunda iki dəfə fərqlənib.
Yeni sözləşməyə əsasən, balkanlı legionerin illik qazancı bir xeyli artırılıb. Bu müddətdə onu almaq istəyən klub “Qarabağ”a 2-2,5 milyon avro təzminat ödəməlidir.
Azərbaycan çempionunun İbrahimi Vadjini 1,6 milyon avroya “Sent-Etyen”ə (Fransa), Kadi Borgesi 5 milyon avroya “Krasnodar”a (Rusiya) satmasını xatırladaq.