"Qarabağ" "Zirə"ni məğlub etdi - YENİLƏNİB
24.12.2023 - 20:41
"Qarabağ" "Zirə"ni məğlub etdi - YENİLƏNİB

Bu gün Premyer Liqada ikinci dövrəyə yekun vurulub. 

Apasport.az xəbər verir ki, 2023-cü ilin son matçı Zirədə baş tutub.

Belə ki, "Zirə" qış çempionu "Qarabağ"ı qəbul edib. 

Turun mərkəzi matçında "köhlən atlar" qəsəbə təmsilçisini məğlub etməyi bacarıb: 1:0. Oyunda yeganə qolu 30-cu dəqiqədə Juninyo vurub. 

Xatırladaq ki, Premyer Liqada qış fasiləsi 2024-cü ilin yanvarın 21-də bitəcək. 

24 dekabr (bazar)

18:30. "Zirə" – "Qarabağ" 0:1
Qol: Juninyo, 30
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Bakı. Zirə İdman Kompleksinin stadionu

İlk dövrədəki matç - 1:0

 

"Zirə": 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 70. İssa Cibrila, 28. Abbas İbrahim, 6. Eldar Quliyev

Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 8. İlkin Muradov, 10. Rəhim Sadıxov, 21. Hacıağa Hacılı, 11. Rüstəm Əhmədzadə, 66. Pərviz Azadov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 19. Salifu Suma

Baş məşqçi: Rəşad Sadıqov

 

"Qarabağ": 99. Andrey Lunyov, 55. Bədavi Hüseynov (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 29. Marko Veşoviç, 17. Hamidu Keyta, 8. Marko Yankoviç, 11. Adama Diakabi, 2. Mateus Silva, 19. Redon Cica

Baş məşqçi: Qurban Qurbanov

writer photo
Əlirza Əlirzalı
0