“Qarabağ” zirvədə
28.12.2022 - 17:28
“Qarabağ” zirvədə

Minifutbol üzrə ölkə çempionatında 5-ci turun oyunları keçirilib.

Azərbaycan Minifutbol Federasiyasından apasport.az saytına verilən məlumata görə, turun iki günü ərzində 8 matç baş tutub. 

“Zəfər” komandası “Veteran”a, son çempion “Birbaşa Bakı” isə “Odlar Yurdu”na qalib gəlib. “Qarabağ” , “Sumqayıt”, “Real” Bakı, “Dinamo” Gəncə, “Xəzər” və “Aznur” komandaları da turu qələbə ilə başa vurublar. 

Beş turdan sonra turnir cədvəlinə “Qarabağ” başçılıq edir. Sonrakı yerlərdə müvafiq olaraq “Zəfər” və “Birbaşa Bakı” komandaları qərarlaşıblar. 

Qeyd edək ki, növbəti turun oyunları yanvarın 7-10 da keçiriləcək.
 

writer photo
Əlirza Əlirzalı
0