“Qarabağ”a proqnoz: Təmiz QƏLƏBƏ
12.10.2022 - 11:35
“Qarabağ”a proqnoz: Təmiz QƏLƏBƏ

Avropa Liqasının qrup mərhələsində mübarizə aparan “Qarabağ” sabah “Olimpiakos”u qəbul edəcək.

Apasport.az saytının məlumatına görə, IV turun Bakıdakı görüşü proqnozsevərlərin maraq dairəsindədir.

Futbol eksperti İvan Yerofeyev betterlərə öz tövsiyəsini verib. Mütəxəssis proqnozunda əminliyini gizlətməyib:

“Qarabağ” Avropa Liqasının cari mövsümündə özünü əla göstərir. “Frayburq”a 1:2 hesablı məğlubiyyətlə başlayan komanda ardınca iki 3:0-lıq darmadağın rəsmiləşdirib. 

Azərbaycan klubu öncə “Nant”ı, ardınca “Olimpiakos”u məğlub edib. G qrupunun turnir cədvəlində “Qarabağ” 6 xalla ikinci sıradadır. Ağdam təmsilçisi liderdən üç xal geri qalır.

“Olimpiakos” Avropa Liqasında dəhşətlidir. Yunanıstan klubunun üç turdan sonra xalsız sonuncu pillədə qərarlaşacağını kim düşünə bilərdi ki?

“Nant”a 1:2 hesablı məğlubiyyətlə başlayan “Olimpiakos” sonradan “Frayburq”la “Qarabağ”a eyni 0:3 hesabı ilə uduzub. Əgər indi toparlana bilməsələr, heç Konfrans Liqasına da düşməyəcək.

“Olimpiakos” Avropa Liqasının bu mövsümündə tamamilə heç bir təsir bağışlamır. Bu komandaya heç bir inam da yoxdur.

Çətin ki, onlarda bu dəfə uğur qazanmaq cəhdi alınsın. “Qarabağ” isə ardıcıl 6 qələbə qazanıb və Bakıda seriyasını növbəti “viktoriya” ilə davam etdirmək niyyətindədir. Ötən həftənin 3:0-ı çox şeydən xəbər verir. Bu üzdən meydan sahiblərinin təmiz qələbəsini təklif edirik. Bu variantın əmsalı 1,80-a bərabərdir.

Proqnozum: 1
 

writer photo
Əlirza Əlirzalı
0